Kadırov İŞİD-in liderini axtarır
Bizi izləyin

Dünya

Kadırov İŞİD-in liderini axtarır

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun adamları İŞİD terror qruplaşmasınınm lideri Əbubəkr Əl-Bağdadinin axtarışlarını davam etdirir.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə R.Kadırovun özü jurnalistlərə açıqlamasında deyib.

“İŞİD quldurlarının başçısı Əbubəkr Əl-Bağdadi bir dəfə haradasa xütbə ilə çıxıb və bundan sonra yox olub. Mənim insanlarım onu məhv etmək üçün axtarırlar. Amma o heç yerdə yoxdur”, - deyə Kadırov vurğulayıb.

Çeçenistan Respublikasının prezidenti bildirib ki, respublikadan bu təşkilata qoşulmaq üçün gedən şəxslərə geri qayıtmaq üçün yol olmayacaq: “Biz gənclərə başa salırıq ki, bu, cinayətkar qruplaşmadır, onların arxasınca getmək özünü və müsəlmanlar qardaşlarını öldürməkdir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm