ABŞ İraqda öz silahlarını vurdu – 12 HÜCUM
Bizi izləyin

Dünya

ABŞ İraqda öz silahlarını vurdu – 12 HÜCUM

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İŞİD terror təşkilatının Suriya və İraqdakı hədəflərinə 12 hava hücumu etdiyini bildirib.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) tərəfindən verilən açıqlamada dünən və bu gün İŞİD terror təşkilatının (İraq Şam İslam Dövləti) Suriyadakı hədəflərinə altı hücum təşkil edildiyi bildirilir. ABŞ ordusu qırıcılarından və pilotsuz təyyarələrdən istifadə edərək İŞİD-in İraqdakı hədəflərinə də eyni sayda hücumlar təşkil edib.

Suriyadakı hücumların hamısı Kobani ətrafında baş verib. İŞİD-in bir çox silah-sursat bazası məhv edilib.

Hücumda dünən silah və tibbi ləvazimatlarının İŞİD-in nəzarətindəki bölgəyə düşən yardım paketi də məhv edilib. Əks halda, paket terror təşkilatının əlinə keçəcəkdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm