Səudiyyədən İran haqqında ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

Səudiyyədən İran haqqında ŞOK AÇIQLAMA

Həsən Ruhani hakimiyyətə gəldikdən sonra İranın anti-amerkan siyasətində dəyişiklik baş verib. Hətta indiki İran hökumətində təmsil olunanlar demək olar ki, Amerkanın heyranlarıdı.

Publika.az-ın məlumatına görə, bu idi ilə Səudiyyə mətbuatı çıxış edib. Ərəblərin araşdırmasına görə, Glazqou Universiteti hüquq fakultəsinin məzunu Həsən Ruhani İranın 7-ci prezidenti seçildikdən sonra hökumətə əsasən ABŞ-da təhsil almış və bu ölkəyə rəğbət bəsləyən şəxsləri irəli çəkib.

Amerikada təhsil alan nazirlər:

Cevat Zarif - xarici işlər naziri: San Fransisko Universiteti və Denver Universitetində beynəlxaql münasibətlər üzrə magistr və doktorantura təhsili alıb.

Muhammed Ali Necefi - təhsil naziri: Masaçusetts Texnologiya İnstitutunu bitirib.

Mahmut Vaezi – İnformasiya və kommunikasiya texnologiyaları naziri: Sakremento Universiteti, San Joze Universitetində elektrik mühəndisliyi, Luziana Dövlət Universitetində isə kommunikasiya mühəndisliyi üzrə doktorantura təhsili alıb.

Muhammed Rıza Nimetzade – Mədən və ticarət naziri: Təhsilini Kaliforniya Politexnik Universitetində alıb.

Ali Ekber Salihi: – Atom enerjisi təçkilatının rəhbəri: Corc Vaşinqton Universitettində mexanika mühəndisliyi peşəsinə yiyələnib.

Muhammed Nahavandian- Prezident qərargahının rəisi: Corc Vaşinqton Universitettinin iqtisadiyyat və siyasət fakültəsini bitirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm