İŞİD-dən qan donduran dəhşət – FOTOLAR / 18+
Bizi izləyin

Dünya

İŞİD-dən qan donduran dəhşət – FOTOLAR / 18+

İraqda və Suriyada qətliamlarına davam edən İŞİD terror təşkilatı yeni bir cinayətə imza atıb.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, Suriyanın Həma bölgəsində İŞİD-in (İraq Şam İslam Dövləti) zina etməklə suçladığı suriyalı bir gənc qadın, atasının da iştirakı ilə daşlanaraq öldürülüb.

Suriya və İraqda işğal etdiyi bölgələrdə şəriət elan edən İŞİD, evlilik xarici cinsi əlaqəyə girməklə günahlandırdığı gənc xanımı edam edib.

Məlumata görə, gənc xanımın daşlanaraq öldürülməsi hadisəsində atası da iştirak edib.

Atası zina etməklə günahlandırılan qızını bağışlamadığını bildirərək ilk daş atan şəxs olub. Gənc xanım isə bağışlaması üçün atasına yalvarıb.

İŞİD terror təşkilatı keçmişdə də Suriyada bir çox qadını daşlayaraq öldürüb. Yeni olan isə İŞİD-in ilk dəfə daşlayaraq öldürdüyü bir qadının görüntülərinin yayımlanması olub.

Publika.az dəhşət dolu fotoları təqdim edir:

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm