Tabloid.az
Fərhad Bədəlbəyli özbəklərə konsert verəcək
Azərbaycanın və Özbəkistanın dövlət müstəqilliklərinin 23-cü ildönümü münasibətilə oktyabrın 26-da Özbəkistan Dövlət Konservatoriyasında SSRİ xalq artisti, professor Fərhad Bədəlbəylinin konserti olacaq.
Publika.az-ın məlumatına görə, konsert Azərbaycanın Özbəkistandakı
səfirliyinin təşkilatçılığı və səfirliyin nəzdindəki Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil
olunacaq. Konserti xalq artisti, dirijor Yalçın Adıgözəlovun
rəhbərliyi ilə Özbəkistan Milli Simfonik Orkestri müşayət
edəcək.
Fərhad Bədəlbəyli konsertdə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından üvertura, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzusunda fortepiano üçün konsert”, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi, Qara Qarayevin “Yeddi gözəl” baletindən süita və Nurulla Zakirovun “İstadim” vocal-simfonik poemasından fraqmentləri ifa edəcək.
Cəvahir
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...