Tabloid.az
Azərbaycanın məşhur qrupu 20 yaşını qeyd etdi - FOTOLAR
“Rast” qrupunun oktyabrın 21-də Heydər Əliyev Sarayındakı konserti musiqisevərlər tərəfindən hərarətlə qarşılanıb və onlara xoş anlar yaşadıb.
Publika.az-ın məlumatına görə, qrupun 20 illik
yubileyinə həsr olunmuş konsert “Bakı Beynəlxalq Caz Festivalı –
2014” çərçivəsində təşkil edilib.
Konsertdə qrupun hit mahnıları yeni ifa, aranjeman və orkestr
interpretasiyasında təqdim olunub. Həmçinin Amerika, Avropa cazı,
latın melizmaları, disko və replə improvizə edilmiş bəstələr
səslənib. “Rast” qrupunun çıxışı tamaşaçı alqışları ilə müşayiət
olunub.
Qeyd edək ki, 1993-cü ildə yaradılan qrupun bədii rəhbəri əməkdar
artist Rəşad Haşımovdur. Azərbaycan estradasında ən uğurlu
layihələrdən olan “Rast” qrupu caz və milli musiqinin məharətli
sintezi sayəsində qısa müddətdə geniş tamaşaçı auditoriyası
qazanıb.
Müxtəlif xarici ölkələrdə musiqi həvəskarlarının ürəyinə yol tapan
qrup dünyanın aparıcı mədəniyyət mərkəzlərində - London, Cenevrə,
Sinqapur, İstanbul, Moskva və digər şəhərlərdə Azərbaycan
incəsənətini layiqincə təmsil edib.
Cəvahir
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO