ABŞ-da 3 nəfərdə Ebola virusu aşkarlandı
Bizi izləyin

Dünya

ABŞ-da 3 nəfərdə Ebola virusu aşkarlandı

ABŞ-da üç nəfər Ebola xəstəliyinin simptomları ilə xəstəxanaya yerləşdirilib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, onlardan biri Nyu-Çersi ştatının Nyuark, digər ikisi isə Çikaqo şəhər xəstəxanasında yerləşdirilib.

ABŞ Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəzin mətbuat katibi Kerol Krouford bildirib ki, Ebola simptomları sərnişinlərin müayinəsi zamanı aşkar edilib. Nyuarkda saxlanılan sərnişinin Brüsselə Liberiyadan, Çikaqoya gələn sərnişinlərin isə Liberiyadan uçduğu bildirilir.

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeyd edilmişdi. Xəstəlik sonradan Syerra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqala yayılıb. Virusa yoluxma halları ayrı-ayrılıqda ABŞ və Avropada qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 9,2 min insan Ebola virusuna yoluxub. Onlardan 4,5 mindən çoxu ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm