“Migros” Hitler və Mussolini üçün üzr istədi
Bizi izləyin

Dünya

“Migros” Hitler və Mussolini üçün üzr istədi

İsveçrənin pərakəndə mağazalar şəbəkəsi “Migros” satışa çıxardıqları qəhvə kreminin üzərində olan Hitler və Mussolinin şəkilləri üşün rəsmi olaraq üzr istəyib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, “Migros”un sözçüsü səhvi qəbul etdiklərini və satışa çıxarılan məhsulların toplanması üçün işə başladıqlarını bildirib.

Məhsul yenidən hazırlanaraq satışa çıxarılacağını ifadə edən “Migros” kremləri onlayn şəkildə satmadıklarını, yalnız sifarişçi kafe və restoranlara göndərildiyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm