Berluskoni siyasətdən getməyəcəyini elan etdi
Bizi izləyin

Dünya

Berluskoni siyasətdən getməyəcəyini elan etdi

İtaliyanın keçmiş baş naziri Silviyo Berluskoni siyasi karyerasını davam etdirəcək.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Berluskoni “İrəli, İtaliya!” Partiyasının senatorları ilə görüşdə bildirib.

Berluskoni qeyd edib ki, növbəti parlament seçkilərində partiyasının qələbəsinə ümid edir. "Mən oyunda qalıram, qayıtmaq və qalib gəlmək üçün. Mən belə asanlıqla siyasi səhnədən getməyəi bacarmaram”, deyə 78 yaşlı siyasətçi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm