Rusiya separatçılar üçün açıq qapı saxlayır
Bizi izləyin

Dünya

Rusiya separatçılar üçün açıq qapı saxlayır

Rusiya Federasiyası ATƏT-in Ukrayna ilə sərhəd üzərində nəzarətin gücləndirilməsinin qarşısını alıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın ATƏT-dəki daimi missiyanın mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilir ki, Vyanada ATƏT-ə üzv ölkələrinin görüşündə Rusiya Ukrayna-Rusiyanın sərhədində nəzarət buraxılış məntəqələrinin sayının artırılmasına qarşı çıxıb. Həmin nəzarət buraxılış məntəqələrində ATƏT-in müşahidəçilərinin yerləşdirilməsi nəzərdə tutulurdu.

“Üzv dövlətlər və ATƏT-in partnyorlarının dəfələrlə etdiyi xahişlərə baxmayaraq, Rusiya sərhəd məntəqələrində missiyanın genişləndiriilməsinə qarşı çıxmaqda davam edir. Hazırda yalnız iki sərhəd nəzarət buraxılış məntəqəsi açılıb”, - deyə xəbərdə deyilir.

Rusiya həmçinin müşahidəçilərin sayının artımına da veto qoyub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm