Tailand İnterpolun axtarışında olan azərbaycanlını Rusiyaya verdi
Bizi izləyin

Dünya

Tailand İnterpolun axtarışında olan azərbaycanlını Rusiyaya verdi

Tailand hökuməti İnterpolun axtarışında olan azərbaycanlını Rusiyaya təhvil verib.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, Tailand polisi onu Rusiya İnterpolunun 10 oktyabrda etdiyi sorğusu əsasında həbs edib.

Çelyabinsk sakini olan R.Vəliyev 2012-ci ilin avqustunda sərxoş vəziyyətdə avtomobillə yolun hərəkət istiqamətinin əksinə çıxıb və qarşıdan gələn avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində qarşıdan gələn avtomobilin sürücüsü və sərnişini həlak olub.

R.Vəliyev Tailanda hansı marşrutla və necə getdiyi barədə məlumat verilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm