Kasilyas rekord qırdı
Bizi izləyin

İdman

Kasilyas rekord qırdı

“Real”ın kapitanı İker Kasilyas Liverpulla (3:0) oyunda yeni rekorda imza atıb.

Publika.az xəbər verir ki, 33 yaşlı qolkiper Çempionlar Liqasında 85-ci qələbəsini qazanıb. Bu, liqa tarixinin rekordudur.

Qeyd edək ki, bundan əvvəlki rekord Xaviyə (84 qələbə) məxsus olub.

Məlumat üçün bildirək ki, Kasilyas liqada 143 oyun keçirib. Bu göstəriciyə görə də o, keçmiş komanda yoldaşı Raulu (142) keçib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm