İŞİD-in azəri camaatının lideri “İbn Xəttab”: “İslam dövləti”nə biət edin” - Şok
Bizi izləyin

Nida.az

İŞİD-in azəri camaatının lideri “İbn Xəttab”: “İslam dövləti”nə biət edin” - Şok

İŞİD-in tərkibində azərbaycanlı döyüşçülərdən ibarət olan Xəttab camaatı haqda yeni məlumatlar yayılıb.

Publika.az İŞİD-in çeçen döyüşçülərinə yaxın saytlara istinadən xəbər verir ki, Xəttab camaatı Əl-Nusra qruplaşmasının tərkibindəki azərbaycanlıların yaratdığı Əbu Kamil camaatına qarşı bəyanatla çıxış edib.

“Biz sizi həmvətənləriniz olaraq İslam dövlətinə biət etməyə çağırırıq. Necə də olsa, uca Allahın iradəsi ilə İslam dövləti yarandı və bir gün hər kəs Allahın bayrağı altında birləşəcək. Nə qədər gec deyil, düz yola gəlin”, - deyə bəyanatda qeyd edilir.

Qeyd edək ki, bir müddət öncə İŞİD-in çeçen komandiri Ömər Şişaninin adından Rusiyanı hədələyən açıqlamanın əslində Əbu Kamil camaatı tərəfindən verildiyi deyilir. Belə ki, çeçen camaatına yaxın saytlarda yayılan məlumatlara görə, “Şişani” adı Suriya cihadında populyar olduğu üçün əksər mücahid bu adı özünə ləqəb olaraq götürür. Bu baxımdan, yayılan açıqlama əsl Ömər Şişaniyə aid deyil.

Bəyanat yayan Xəttab camaatının lideri haqqında da maraqlı məlumat yayılıb. Məlumata görə, İbn Xəttab adlanan camaatın lideri 2 il öncə Azərbaycandan gəlib və Suriya cihadında öncül yerlərdən birini tutub. Azərbaycanlı komandirin 29 yaşının olduğu deyilir. Əsl soyadı Ramaldanovdur.
Bu məlumatı yayan sayt bildirir ki, Xəttab camaatında azərbaycalılar çoxluq təşkil etsə də, müxtəlif xalqların nümayəndələri də burda təmsil olunur. Xüsusilə məhsəti türkləri var.

Məlumatda bildirilir ki, Suriya cihadında iştirak edən azərbaycanlılar əvvəldən ideoloji olaraq bölünüblər. Bir qrupu Əl-Nusra, bir qrupu Əhraru-Şamda döyüşür. Çoxluq isə İŞİD-ə məxsusdur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm