22 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

22 dərəcə isti olacaq

Sabah Bakıda havanın maksimal temperaturu 22 dərəcə olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-13, gündüz 17-22 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, ciskin olacaq, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm