Azərbaycanda dəniz platformasında partlayış baş verdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dəniz platformasında partlayış baş verdi

Azərbaycanda neft quyusu meydançasında baş verən partlayış nəticəsində 10-dan artıq insan suya düşüb.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda xilasedicilər dənizə düşənlərin böyük əksəriyyətini xilas edib. Axtarışlara FHN-nin gəmisi cəlb olunub.


Hadisə şahidlərinin verdiyi məlumata görə, axtarışlara FHN-nin bir helikopteri də cəlb olunub.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildirilib ki, hadisə nəticəsində 5 nəfərin xəsarət alması barədə məlumat var. Ancaq bu rəqəm dəyişə də bilər.

Həkim briqadaları hadisə yerində işləyir.

Publika.az-ın ARDNŞ-nın rəsmi məlumatına istinadən verdiyi xəbərə görə, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib:

"Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib. Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır, müvafiq məlumat veriləcəkdir".

Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub. Yanğını ARDNŞ-ın şirkəti söndürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm