Neftin 90 dollardan aşağı olmasının büdcəyə təhlükəsi yoxdur – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Neftin 90 dollardan aşağı olmasının büdcəyə təhlükəsi yoxdur – Açıqlama

Birjalarda neftin qiyməti yenidən düşüb.

Brent tipli neft yenidən 82 dollara qədər ucuzlaşıb. Nəzərə alsaq ki, 2015-ci ilin büdcəsinə Dövlət Neft Fondundan transferlər 53,4 faiz təşkil edəcək, o cümlədən büdcədə neftin bareli 90 dollardan proqnozlaşdırılıb, 80 dollar ətrafında qiymət Azərbaycan üçün sərfəli deyil.

İqtisadçı-ekspert Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirib ki, 2015-ci ildə dünya bazarında neftin qiymətinin azalması davam edərsə, büdcənin tikinti və infrastruktur xərcləri azaldıla bilər: “Neftin dünya bazarında qiymətində azalmalar gedir. 2015- cilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutularsa, dünya bazarında qiymət azalması baş verərsə, bunu faciə hesab etmirəm. Büdcənin biribaşa neftdən asılı hissəsi təxminən 11 faizdir. Qanunvericiliyə görə, büdcə gəlirlərinin formalaşmasında problem olarsa, əmək haqqı, pensiya xərcləri istisna olmaqla, tikinti-infrastruktur xərcləri azaldıla bilər. Neftin dünya bazarında qiyməti proqnozlaşdırılandan az olarsa, Maliyyə Nazirliyi büdcə xərclərinin azaldılmasını həyata keçirə bilər. Tarazlığı bu şəkildə qorumaq daha məqsədəuyğundur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm