Rusiya Yanukoviçin ölkədə olmasından xəbərsizdir
Bizi izləyin

Dünya

Rusiya Yanukoviçin ölkədə olmasından xəbərsizdir

Rusiya Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Rusiya vətəndaşlığı alması barədə iddiaları şərh edib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, K.Romodanovski belə informasiyaya malik olmadığını bildirib.

Xatlırladaq ki, bu günlərdə Ukraynanın daxili işlər nazirinin məsləhətçisi Anton Geraşenko Rusiya prezidenti Vladimir Putinin məxfi fərmanla bu ölkəyə qaçmış sabiq prezident V.Yanukoviç, sabiq baş nazir Nikolay Azarov və sabiq baş prokuror Viktor Pşonkeyə Rusiya vətəndaşlığını verdiyini deyib.

Bir neçə gün bundan əvvəl isə “Versiya” xəbər portal V.Yanukoviç və onun bütün ətrafının hazırda Rusiyada olduğunu yazıb. Məlumata görə, Yanukoviç başda olmaqla bütün keçmiş ukraynalı məmurlar Moskva və yaxın ətrafda mənzil alıb, Rusiya pasportu və daimi işlə təmin olunub. (http://publika.az/site/p/47969)

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm