Elmar Məmmədyarov alman həmkarı ilə görüşüb
Bizi izləyin

Nida.az

Elmar Məmmədyarov alman həmkarı ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Almaniyanın xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Publika.az-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi, iqtisadi, humanitar və elm-təhsil sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu və ticarət dövriyyəsinin üç milyard dollara yaxın olduğunu qeyd edərək, qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.


Frank-Valter Staynmayer ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək, ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün əlverişli potensialın olduğunu vurğulayıb.


Görüş əsnasında regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm