Oğul namus üstə anasını öldürdü - Xırdalanda
Bizi izləyin

Qırmızı.az

Oğul namus üstə anasını öldürdü - Xırdalanda

Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, 27-ci məhəllə, Qalubiyyə küçəsində yeni tikilmiş binada baş verib. 1971-ci il təvəllüdlü Fatma Oruc qızı Qurbanova öz oğlu, 1992-ci il təvəllüdlü Hümbət Elşən oğlu Nağızadə tərəfindən öldürülüb. Onun anasını boğaraq öldürdüyü bildirilir.

Anasını öldürən 22 yaşlı H.Nağızadə hadisədən dərhal sonra polisə təslim olub.

Faktla bağlı Abşeron Prokurorluğunda cinayət işi açılıb. H.Nağızadə qətli namus üstündə törətdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm