ARDNŞ: Dənizə düşən 4 nəfərin axtarışı davam etdirilir
Bizi izləyin

Qırmızı.az

ARDNŞ: Dənizə düşən 4 nəfərin axtarışı davam etdirilir

Oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.


Publika.az-ın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.


Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilmişdir.


İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm