Roberto Karlos AFFA-nın hədəfində
Bizi izləyin

İdman

Roberto Karlos AFFA-nın hədəfində

Berti Foqtsun istefasından sonra milli komandamız üçün baş məşqçi axtarışları davam edir. AFFA rəhbərliyinin budəfəki hədəfi braziliyalı olub.

Azərbaycan millisinin boş qalan baş məşqçi postuna "Sivasspor"un baş məşqçisi Roberto Karlos gətirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.

Məlumata görə, artıq 41 yaşlı mütəxəssisə bu barədə təklif də göndərilib.

Amma Braziliya millisinin və Madrid "Real"ının əfsanəvi futbolçularından olan Karlos komandasında xoşbəxt olduğunu və heç yerə getmək istəmədiyini vurğulayıb.

Qeyd edək ki, veteran futbolçu ötən ilin iyun ayından Sivas təmsilçisi olan komandada baş məşqçi işləyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm