Gürcü ekspert: “İrəvan və Tiflis arasında problemlər mütləq yaranacaq”
Bizi izləyin

Dünya

Gürcü ekspert: “İrəvan və Tiflis arasında problemlər mütləq yaranacaq”

Gürcüstanın Avropa Birliyi ilə assosiasiyası haqqında razılaşmasından sonra Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü barədə müqaviləni imzalaması iki ölkə arasında ticarət münasibətlərini çətinləşdirəcək.

Publika.az-ın gürcü mediasına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Ermənistandakı səfiri Tengiz Şarmanaşvili bildirib.

Onun sözlərinə görə, bəzi detalların dəqiqləşdirilməsinə ehtiyac var: “Məhz bunun üçün 11-12 noyabr tarixlərində Gürcüstanın iqtisadiyyat naziri İrəvana gəlir. Hər iki müqavilə üzrə üzərimizə götürdüyümüz öhdəlikləri müqayisə etmək lazımdır. Təbii ki, bir-birinə zidd məqamlar var və konkret çıxış yolları axtarmaq lazımdır. Mən düşünmürəm ki, belə məsələlər çox olacaq. Güman edirəm ki, həlli mümkün olmayan məsələlər olmayacaq".

Diplomat əminliklə ifadə edib ki, tərəflər Moskva və Brüsseli cəlb etmədən bu problemləri həll etməyi bacaracaq.

“Djordjian Biznes İnsayt” kompaniyasının direktoru, iqtisadiyyat məsələləri üzrə ekspert İrakli Lekvinadze qeyd edib ki, müxtəlif inteqrasiya layihələrinə qoşulan Gürcüstan və Ermənistan arasında iqtisadi əlaqələri üçün problemlər mütləq yaranacaq.

Məlumdur ki, Ermənistan-Gürcüstan sərhədi həm də Avropa və Avrasiya gömrük məkanları arasında sərhəd olacaq. Ermənistanın Avrasiya İttifaqına üzvlüyündən sonra gömrük rüsumlarının artımı gözlənilir. Bunu erməni hakimiyyəti də gizlətmir. Əgər Gürcüstan Rusiya mallarının Ermənistana vergisiz yerdəyişməsinə icazə verməzsə, o halda Ermənistanda mallar əlçatmaz dərəcədə bahalaşacaq.

İddialara görə, S.Sarkisyan iyun ayında Tiflisə səfəri zamanı vergisiz tranzit rejiminin tətbiqi barədə Gürcüstanı inandırmağı bacarmayıb.

“Gürcüstan indiyə qədər Rusiyaya qarşı dayanmamağa çalışırdı. Avroatlantik təhlükəsizlik məkanına daxil olduqdan sonra Gürcüstan üçün bir çox təhlükələr aradan qalxır. Bundan sonra Gürcüstanın Rusiyanın layihələrinə qarşı dayanmaması üçün heç bir səbəb qalmayacaq. Malların qiymətinin faciəli şəkildə qalxmasından sonra erməni vətəndaşlarına dəyən ziyanı kim kompensasiya edəcək? Dəqiq olan budur ki, Rusiya bunu etməyəcək”, – erməni ekspert Naira Ayrumyan bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm