Müsavatda yeni seçki başlayır: namizədlər arasında kimlər yoxdur? – ilginc məqamlar
Bizi izləyin

Nida.az

Müsavatda yeni seçki başlayır: namizədlər arasında kimlər yoxdur? – ilginc məqamlar

Müsavatda seçki kampaniyası yenidən başlayır.


Publika.az xəbər verir ki, oktyabrın 25-də Müsavat Partiyasının Divan və sərbəst Məclisə, həmçinin MNTK-ya seçkilər keçiriləcək.

Divanda 13 yer boşdur, lakin hələlik 10 nəfərin seçiləcəyi planlaşdırılır. Seçkidə 12 namizəd iştirak edəcək.


Sərbəst Məclis üzvlüyünə 40, MNTK-ya isə 8 namizəd var.

Maraqlıdır ki, keçmiş namizədlərdən yalnız Tural Abbaslı Məclis üzvlüyünə namizədliyini irəli sürüb. Nə Səxavət Əlisoy, nə Qubad İbadoğlu, nə də İbadoğlunun tanınmış tərəfdarları namizədliklərini verməyiblər.
Lakin müşahidə edilən mənzərə, bunun partiyanın yeni rəhbərliyini narahat etmədiyini göstərir. Namizədlər artıq öz təbliğatlarına başlayıblar.

Arif Hacılının tərəfdarı Divan üzvlüyünə namizəd Səxavət Soltanlı müsavatçılara müraciət edərək deyib ki, ictimai və siyasi dəstəyinizə böyük ehtiyacı var.


“Əsasən, müsavatçılardan, demokratik düşüncə sahibi olan ictimai fəallardan dəstək istəyirəm, ən əsası da Müsavat Partiyasının Məclis üzvlərindən mənə etimad göstərmələrini xahiş edirəm! Mən sizlərdən qurultay zamanı dəstək istədim, böyük etimad göstərdiniz, Məclis üzvü seçdiniz, bu dəstəyə görə xüsusi təşəkkür edirəm! Mənə səs verməklə əlavə məsuliyyət verdiniz, indi daha çox məsuliyyət vermənizi istəyirəm. Bu məsuliyyətin altına girməyə özümü tam hazır hiss edirəm. Hər zaman çalışacam ki, müsavatçılığa, həqiqətə və demokratiyaya xidmət edim, dövlətimizin və insanımızın xoşbəxtliyi, ərazilərimizin bütünlüyü, güclü cəmiyyətin qurulması üçün ilk olaraq bunları vacib bilirəm. Hər birinizin səsinə və dəstəyinə ehtiyacım var”, - deyə o vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm