Hitler svastikanı necə “oğurladı”? – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hitler svastikanı necə “oğurladı”? – FOTOLAR

II Dünya müharibəsi ilə dünyanı qana bulayan nasist lider Adolf Hitler svastikanı nasist Almaniyasının simvolu seçməmişdən qabaq bu işarə bir çox mədəniyyətlərdə gözəl şans və bolluq rəmzi kimi qəbul olunurdu.

Publika.az "ntvmsnbc.com"a istinadən xəbər verir ki, güclü bir Almaniya xəyalı quran və buna görə də II Dünya müharibəsini başladaraq milyonlarla insanın ölümünə səbəb olan nasist lideri Adolf Hitler quracağı dünya imperiyasının simvolu olaraq svastikanı seçib.

Hitler dünyanı qana bulayandan sonra Qərb mədəniyyətində "svastika" faşizmin simvolu kimi tanınıb və bir çox ölkədə qadağan edilib. Halbuki bu işarə xüsusilə hind mədəniyyətində gözəl şans və bolluq simvolu kimi min illər boyu istifadə edilib.

Hind dilində (sanskrit) "svestika" sözü "gözəl şans" mənasını verir. Simvol Hind yarımadasında buddistlər, hindular tərəfindən min illər ərzində "yaxşılıq" işarəsi kimi istifadə edilib.

Asiya ölkələrinə səfər edən avropalılar "svastika"nın uğur və bərəkət gətirdiyinə o qədər inanıblar ki, ölkələrinə qayıtdıqdan sonra da bu işarədən istifadə eləməyə başlayıblar.

XX əsrin əvvəllərində qərb mədənyyətində də svastika bu motivlə dəbə minib. Maraqlı məqam burasındadır ki, Hitler bu simvoldan istifadə etməzdən əvvəl ABŞ-ın qazlı içki nəhəngi "Coca Cola" da məhsul reklamında svastikadan dəfələrlə istifadə edib. Danimarkanın "Carlsberg" pivə istehsalçısı da bu simvolda tez-tez müraciət edib. Hətta svastika I Dünya Müharibəsində ABŞ ordusundakı bəzi birliklər də şans gətirəcəyinə ümid etdikləri üçün svastikadan bəhrələniblər. Nəhayət, simvolun Avropada tez-tez görünməyə başladığı yer 1930-cu illərin Almaniyası olub. İqtidara gələn Adolf Hitler svastikadan istifadə etməyə başlayıb. Ancaq Hitlerin bunun üçün öz səbəbləri olub. Sanskritə görə, svastika ali irqin rəmzi idi. Lakin II Dünya Müharibəsində milyonlarla insanın ölümünə səbəb olan nasistlər də bayraqlarında bu simvoldan istifadə etdiklərindən svastikaya XX əsrdə münasibət kəskin şəkildə dəyişib. Bu, ən çox nifrət edilən simvola çevrilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm