Nida.az
Əli Əhmədov AXCP və Müsavat Partiyası daxilində baş verənlərin səbəbini açıqladı
"Azərbaycanda müxalifətin siyasi iflasa uğraması hamıya məlumdur və bu, bir neçə ildir davam edən bir prosesə çevrilib". Bunu Trend-ə eksklüziv açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov Müsavat Partiyası və AXCP daxilində baş verən gərginliyə və istefalara münasibət bildirərkən deyib.
Ə.Əhmədov bildirib ki, vətəndaşların müxalifət partiyalarına
inanmaması, etimad göstərməməsi müxalifətin siyasi iflasının bariz
nümunəsidir və hər bir Azərbaycan vətəndaşı illərdir ki, bunun
şahididir: "İndi iflas prosesi müxalifət partiyalarının daxilinə
keçib. Bunun aydın ifadəsini bu gün müxalifət partiyalarının
içərisində olan proseslərdə müşahidə etmək olar. Özü də bu, təkcə
Müsavat Partiyasında deyi, AXCP-də də aydın şəkildə müşahidə
olunmaqdadır".
Onun fikrincə, bu, onun göstəricisidir ki, bu partiyaların indiki
şəkildə, indiki ideoloji baxışlar çərçivəsində mövcud olmasının
mənasızlığını artıq həmin partiyalarda fəaliyyət göstərən insanlar
da dərk etməyə başlayıblar: "Onlar partiya daxilində çəkişmələri
ilə sübuta yetirirlər, öz aralarında etiraf etmiş olurlar ki,
bunlar səhv yoldadırlar. Birincisi, ideoloji baxımdan, ikincisi də
apardıqları mübarizə metodları baxımından səhv yoldadırlar.
İnkarçılıq, qərəzçilik heç bir siyasi təşkilata heç zaman uğur
gətirməyib və nəticə etibarilə istər Müsavat Partiyasında olan
insanların əksəriyyəti, istər AXCP-də fəaliyyət göstərən insanlar
dərk etməyə başlayıblar ki, apardıqları mübarizə metodları təkcə
cəmiyyət üçün deyil, həmin partiyaların özləri üçün də ziyanlıdır.
Bu dərketmə bü gün həmin partiyaların daxilində baş verən
proseslərin əsasını təşkil edir".
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO