Rusiyalı terrorçunu ABŞ-da mühakimə edəcəklər
Bizi izləyin

Dünya

Rusiyalı terrorçunu ABŞ-da mühakimə edəcəklər

Əfqanıstanda həbs edilmiş Rusiya vətəndaşı ABŞ-a ekstradisiya olunacaq.

Publika.az “İTAR-TASS” agentliyinə istinadən xəbər verir ki, İrek Xamidulin islamçılar tərəfində hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak edib.

Rusiyalı ABŞ məhkəməsi qarşısında cavab verməli olacaq. Məlumatı “Ağ Ev”-dən təsdiq ediblər.

“Rusiyalı məhbus hazırda Əfqanıstandakı Pərvan həbsxanasındadır. Tezliklə o, ABŞ-a gətiriləcək” – bu sözləri Milli Təhlükəsizlik Şurasının rəsmisi Barnadet Mixen deyib.

Xəbər verilir ki, Hamidulin hələ 2009-cu ildə koalisiya qüvvəıləri tərəfindən əsir alınıb. Bir müddət ABŞ-ın Əfqanıstandakı ən iri hərbi bazası olan Baqramda saxlanılıb.

Hamidulin ABŞ hərbçilərinə hücumlar təşkil etməkdə günahlandırılır. Həmçinin onun Şimali Qafqazdakı terrorçularla əlaqəsinin olması üzə çıxıb.

Rusiya vətəndaşı Əfqanıstana 1999-cu ildə gəlib. O, radikal “ Ət-təkfir vəl Hicrə” təşkilatının üzvü olub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm