Ərdoğanın köməkçisi: “Öcalanın radiosu belə yox idi, indi…”
Bizi izləyin

Dünya

Ərdoğanın köməkçisi: “Öcalanın radiosu belə yox idi, indi…”

“Öcalanın əvvəllər radiosu belə yox idi, indi artıq televiziyası var”.

Publika.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkillərinin PKK lideri Abdullah Öcalanla bağlı tələblərini şərh edərkən deyib.

“CNN Türk” kanalında jurnalistlərin suallarını cavablandlıran N.Kurtulmuş İmralı həbsxanasında olan PKK lideri Abdullah Öcalanın qaldığı yerin şərtləri haqqında məlumatı olmadığını bildirib.

“İmralıya heç getmədim. Bunlar işin bir tərəfidir. Əhəmiyyətli olan adadan gələn mesajların doğru şəkildə çatdırılmasıdır. Ziddiyyətli mesajlar verilə bilir. Əvvəllər bir radiosu olmayan Öcalanın indi televiziyası var. İndi daha geniş bir yerə keçib. Adadakı şərtlər də zaman içində yaxşılaşdırılıb. Bunu bütün Türkiyə bilir”, - deyə Ərdoğanın köməkçisi söyləyib.

N.Kurtulmuş qeyd edib ki, hər kəs üzərinə düşəni etməli, ilk olaraq silahlardan, “Molotov-kokteyl”lərdən imtina edilməlidir.

Qeyd edək ki, HDP-li millət vəkilləri Öcalanın həbsxana şərtlərinin yaxşılaşdırılmasını tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm