Üç uşaq anası 70 kilo arıqladı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Üç uşaq anası 70 kilo arıqladı – FOTOLAR

Üçüncü uşağını dünyaya gətirdikdən sonra həddindən artıq kökələn qadın, nə az, nə çox, düz 70 kilo arıqlaya bilib.

26 yaşlı Böyük Britaniya sakini Kristina Staqqs üçüncü oğlunu dünyaya gətirdikdən sonra 140 kiloyadək kökəlibmiş.

Belə ki, qadın ikinci övladını dünyaya gətirdikdən sonra həddən çox konfet, şokolad batonları və dondurma qəbul edib.

Lakin gənc qadın, nəhayət ki, artıq çəkidən canını qurtarmaq qərarına gəlib. Ona arıqlamağa stimul verən isə tanımadığı qadın olub. Qadın Kristinaya aktrisa Anjelina Coliyə çox oxşadığını deyib. Kristina bu sözlərdən sonra öz kumirinə bənzəmək üçün qarşısına arıqlamaq məqsədini qoyub.

O qeyd edib: "Mən arıqlamağa başlayanda çox utancaq idim. Ona görə də trenajor zalına getmək əvəzinə, evimdə bir sıra idman alətləri quraşdırdım və tez-tez həyətdə itimlə gəzişməyə başladım. Çəki itirməyə başladıqda özümə inamım geri qayıtdı. Üzgüçülüklə məşğul olmağa başladım. 40 kilo itirdikdən sonra isə idman zalına üzv olub hər gün ora getməyə başladım. İndi isə mən idman zalına həftədə 2-3 dəfə gedirəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm