Təyyarənin qarşısına eyni anda iki qartəmizləyən maşın çıxıb – Şok iddia
Bizi izləyin

Dünya

Təyyarənin qarşısına eyni anda iki qartəmizləyən maşın çıxıb – Şok iddia

“Total” neft şirkətinin prezidenti Kristof de Marjerinin həlak olması ilə nəticələn təyyarə qəzasında daha bir detal üzə çıxıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prezidentin olduğu “Falkon” təyyarəsinin yoluna eyni vaxtda iki qartəmizləyən maşın çıxıb.

Bu barədə hadisəni araşdıran istintaq komissiyasındakı mənbə bildirib.

Qartəmizləyən maşınlardan biri “Falcon”un qarşısından keçib, ikincisi isə təyyarə ilə toqquşub.

Xatırladaq ki, Moskvanın “Vnukovo” aeroportundan 21 oktyabrda Parisə uçmağa hazırlaşan “Falkon” tipli təyyarə uçuş zolağında qartəmizləyən maşınla toqquşub. Nəticədə Kristof de Marjeri ilə yanaşı, təyyarənin 3 ekipaj üzvü həlak olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm