Jirinovskinin oğlundan pedofiliya ilə bağlı təklif
Bizi izləyin

Dünya

Jirinovskinin oğlundan pedofiliya ilə bağlı təklif

Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovskinin oğlu, Rusiya Dövlət Dumasının sədr müavini İqor Lebedev pedofiliyanın təşviqi üçün cəza müəyyən edilməsi təklifi ilə çıxış edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lebedevin fikrinə görə, pedofiliyanın müzakirəsi, əsaslandırması və bununla bağlı çağırışlar qanunla qadağan olunmalıdır. Qanunu pozanlar isə cəzalandırılmalıdır:

“Qəribədir ki, Rusiyada homoseksuallığın təbliği ilə məşğul olma qanunla qadağan olunsa da, pedofiliya ilə bağlı analoji qanun yoxdur” – LDP liderinin oğlu belə deyib.

Hazırda isə İqor Lebedev bununla bağlı federal qanun layihəsi hazırlayır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm