Qadınları bədənlərindən çox üzləri narahat edir
Bizi izləyin

Bilgi.az

Qadınları bədənlərindən çox üzləri narahat edir

Dəridə dəyişikliklər qocalığın əsas əlaməti hesab olunur. Yeni araşdırmalara görə, qadınlar bədənlərindən daha çox üzlərinin qayğısına qalırlar. Onları üzlərindəki problemlər daha çox narahat edir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dəriləri digər orqanlara nisbətən daha tez qocaldığına görə, qadınlar hesab edirlər ki, dərinin qayğısına daha çox qalmaq lazımdır. Dərinin ən tez qocalan hissələri isə əllər, üz və boyundur.

Üzərində təcrübə aparılan qadınların hər on nəfərindən biri öz dərisindən narazı olduğunu bildirib. Hər üç nəfərdən biri isə dərisinin sağlam və yaxşı göründüyünü qeyd edib.

Dərinin qocalmasının digər səbəbləri isə nəmləndirici kremdən istifadə etməmə, su və mayelərdən az istifadə, qeyri-sağlam qidalanma və siqaret çəkməkdir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm