Ara qarışdı - 40 nəfərin qarşısını 100 polis güclə kəsdi – VİDEO
Bizi izləyin

İdman

Ara qarışdı - 40 nəfərin qarşısını 100 polis güclə kəsdi – VİDEO

Avroliqanın qrup mərhələsinin III turunda “Slovan” – “Sparta” klubları arasında baş tutan matç yarımçıq dayandırılıb.

Publika.az xəbər verir ki, Bratislavada baş tutan oyunun 40-cı dəqiqəsində matçın hakimi qarşılaşmanı yarımçıq saxlayıb.

Buna səbəb Pasenki stadionunda matçın 0:0 hesabı olan bir vaxtında, qonaq komandanın 40-a yaxın fanatının digər tribunadakı səddi aşaraq, yerli azarkeşlərlə dava etməsi olub.

Ara qarışdığına görə, futbolçular və məşqçilər meydanı tərk ediblər. Təxminən 100 polis çılğın tərəfdarı tribunalara geri qaytarmağa çalışıb.

Təxminən 20 dəqiqəlik fasilədən sonra başlayan matçda "Sparta" 3:0 hesabı ilə qələbə qazanıb. Qolları 56-cı və 82-ci dəqiqələrdə Devid Lafata və 61-ci dəqiqədə Tiemoko Konate vurub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm