FT: “Kobani kürdlərin millətçiliyini oyatdı”
Bizi izləyin

Dünya

FT: “Kobani kürdlərin millətçiliyini oyatdı”

“Financial Times” qəzeti mübarizə məqsədi ilə Kobanidə yaşayan 30 milyon kürdün birləşdiyini yazıb. Xəbərdə, Suriyada İraq Kürd Regional Rəhbərliyini (İKRR) xatırladan bu qurumun yaradılması məsələsində Bərzani ilə PYD-nin razılığa gəldiyini iddia edib.

Publika.az “mynet.com”a istinadən xəbər verir ki, “Financial Times” qəzetində “Kobani uğrunda döyüş kürdlərin millətçi həvəslərini diriltdi” başlığı altında bir yazı dərc olunub.

Qəzet Kobanidəki 30 milyon kürdün mübarizə məqsədi ilə birləşdiyini bildirib. Həmçinin xəbərdə deyilir ki, oktyabrın 22-də PYD (Demokratik Birlik Partiyası) və Məsud Bərzani (İKRR lideri) arasında Suriyada kürdlərin yaşadığı bölgələrdə ortaq ordu və hökumət qurulması məsələsində müqavilə imzalanıb. Türkiyənin də bu məsələdən narahat olduğu xatırladılıb.

Diqqəti kürdlərin muxtariyyət tələbləri məsələsində Kobaninin mühasirədə olmasının ciddi rol oynadığına cəlb edən yazıda hadisə bu cür təhlil edilib:

Yaxın Şərq ölkələrində dağınıq formada yaşayan kürdlər Kobanidəki müdafiə qarşısında, demək olar ki, ovsunlanıblar.

Kobani indiyədək dövləti olmayan kürdlər üçün milli bir çağırış simvoluna çevrilib.

ABŞ-ın liderliyi ilə koalisiya qüvvələrinin İŞİD (İraq Şam İslam Dövləti) sipərlərini bombalaması ilə kürdlər üçün yeni bir ümid yaranıb: “Kürdlər bölgədəki təsir güclərinə görə qərbin vacib müttəfiqi ola biləcəklərini başa düşdülər”.

Xəbərdə PYD sözçüsü Aldar Xəlilin də açıqlamasına yer verilib:

Kürdlər keçmişdə yürüdülən siyasətləri qətiyyən qəbul etməyəcəklər. Öz aramızda yeni münasibətlər qururuq və qarşıdakı günlərdə daha çox razılaşma və uzlaşma gözləyirəm”.

Məqalədə Türkiyə, Suriya, İraq və İrandakı kürdlərin bir araya gələrək vahid ölkə qurmalarının hələ çox uzaq gələcəkdə mümkün ola biləcəyi qeyd olunub. Ancaq kürdlərin bu qarışıqlıqdan istifadə edərək xeyir götürmək istədiklərini və buna görə də birlik şəklində hərəkət etdikləri bildirilib.

Müəllifin fikrincə, bu vəziyyət kürdlərin bölgədəki mövqeyini gücləndirir.

Yazıda bu ifadələrə yer verilib:

Aldar Xəlil PYD lideri Saleh Müslimin İKRR lideri Məsud Bərzaninin yanında oturmasının gözəl gələcək vəd etdiyini deyir. Xəlilin yanaşmasına görə, ümidverici məqam kürd liderlərin öz aralarında güc müharibəsindən əl çəkmələri və əməkdaşlıq etmələridir”.

Suriyalı kürd Munzir Əhməd də eyni şeyləri deyir: “Bu adamları əvvəllər eyni otaqda belə ola bilməzdilər. Amma indi görüşüb danışırlar. Hətta bir yerdə gülüb, yemək də yeyirlər. Kobani və ABŞ təzyiqi hər şeyi dəyişdirdir”.

Bəzi kürdlərin fikrincə, ABŞ, Türkiyə, iraqlı kürdlər və PYD təmsilçiləri həftələrdir Kobaniyə görə gizli görüşürlər. Görüşlərdə Kobaninin müdafiəsindən və kürdlərin necə birləşdirəcəklərindən danışırlar.

Adını vermək istəməyən bir kürd xüsusilə ABŞ-ın onların vahid strategiya ilə hərəkət etməsi məsələsində israrlı olduğunu deyib və məhz buna görə Ağ Evin onlara dəstək verəcəyini bildirib.

Lehigh universitetinin professoru Hanri Berkey son vəziyyəti “Financial Times”a bu cür şərh edib:

Bu, çox böyük bir qırılma nöqtəsidir. İlk dəfə ABŞ kürdlərlə Türkiyənin istədiyi kimi davranmır. Kürd millətçiliyi yenidən alovlanır. Kürdlər beynəlxalq arenada yenidən kəşf edilir”.

Xəbərdə Suriyadakı PYD nəzarətində olan bölgənin Şimali İraqdakı kimi (İraq Kürd Regional Rəhbərliyi kimi – red.)müəyyən müstəqilliyə malik olacağını və mövcud dövlət içərisində muxtar bölgə kimi tanınanacağı bildirilib.

Türkiyənin bölgədəki ən ciddi müttəfiqi İKRR-nin də buna dəstək verməsi və PYD-nin muxtar bir vilayəti idarə etməsinə müsbət yanaşması təəccüblü qarşılanır.

Qəzet oktyabrın 22-də PYD və Bərzani arasında Suriyadakı kürd bölgələri üçün ortaq ordu və hökumət qurulması məsələsi ilə bağlı müqavilə imzaladığını bildirib.

Türkiyənin hələ də PYD-nin təsirini azaltmağa çalışdığı və bu müqaviləyə təmkinli yanaşdığı bildirilən xəbərdə bunlar qeyd olunub:

Kürd arasındakı uzlaşma üçün aylardır ki, tər tökülür. İŞİD-in bu yaykı hücumlarından sonra PKK və PYD qüvvələri peşmərgəyə dəstək verməyə gedib. Xüsusi ilə bundan sonra onlar tez-tez görüşürlər. Kürdlər qanlı bir müharibənin içərisində olsalar da, siyasi cəhətdən gücləndiklərini hiss edirlər”.

Yazı qəzetə danışan bir kürdün sözləri ilə sona çatır:

Kürdlər həmişə birlikdə, bir strategiya ilə hərəkət edirlər. Birləşməsələr belə, İraq Kürdistanından sonra bir-birilərinə dəstək olacaq Suriya Kürdistanını qurmaq. Və bir gün də - gələcək 10-30 il içərisində - Türkiyə Kürdistanı qurmaq niyyətindədirlər”.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm