Senator: “Terrorçular ABŞ səfirliyinin hovuzunda çimir”
Bizi izləyin

Dünya

Senator: “Terrorçular ABŞ səfirliyinin hovuzunda çimir”

Amerikalı siyasətçi, Kentukki ştatından olan senator Rend Pol ABŞ-ın xarici, xüsusilə Yaxın Şərq siyasətini sərt şəkildə tənqid edib.

Publika.az-ın “Politico” nəşrinə istinadən verdiyi məlumata görə, senator prezident Barak Obamanın hərəkətlərinin ABŞ-ı təhlükə qarşısında qoyduğunu bildirib.

“Barak Obama administrasiyası ABŞ-ı böhrandan böhrana atır. Prezident Obamanın lider keyfiyyətlərinin çatışmazlığının nəticəsidir ki, Amerika siyasəti dirilmək imkanını əldən qaçırdı. Halbuki elektorat müharibələrə artıq vacib problemlərin həlli yolu kimi baxmır", - deyə senator vurğulayıb.

Onun sözlərinə görə, mənz Vaşinqtonun siyasəti nəticəsində Liviya cihadçılar üçün “qoruq” və "sakit liman”a çevrilib: “Terrorçular Amerika səfirliyinin hovuzunda çimirlər. Obama administrasiyası müharibəyə başlayanda ehtimal ki, onun nəticələrini qabaqcadan görmürdü”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm