“Facebook”-dan yenilik
Bizi izləyin

Bilgi.az

“Facebook”-dan yenilik

"Facebook" sosial şəbəkəsinin rəhbərliyi Rooms adlı yeni bir funksiyanı təqdim edib.

Yeni funksiya sayəsində istənilən şəxslə anonim danışmaq mümkün olacaq. Bundan əlavə, anonim danışmaq üçün sosial şəbəkədə qeydiyyatdan da keçməyə ehtiyac qalmayacaq.

Rooms (otaq) funksiyası ilə istənilən şəxs söhbət üçün "chat" pəncərəsini açaraq anonim yazışa bilər. O, Rooms "chat" pəncərəsini başqa insanlar üçün də açıq saxlayıb, dialoqda iştirak etməyə dəvət edə bilər. İstifadəçi söhbət üçün xoşuna gəldiyi "otağı" seçə bilər.

Maraqlısı odur ki, müxtəlif "otaqlarda" müxtəlif ad və təxəllüsdən istifadə etmək olar. "Otağa" həmçinin video və foto yerləşdirə bilər.

Yeni funksiya artıq ABŞ və Böyük Britaniyada fəaliyyətə başlayıb. Lakin funksiya hələ ki "Apple"-in İOS platforması üçün əlverişlidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm