Bayraq davasına görə cəza kəsildi – VİDEO
Bizi izləyin

İdman

Bayraq davasına görə cəza kəsildi – VİDEO

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya matçında baş verən hadisələrlə bağlı UEFA qərarını açıqlayıb. Publika.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Beləliklə, UEFA-nın NİK-nin qərarı belədir:

1. Serbiya-Albaniya oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatır.

2. Serbiya yığmasından AVRO 2016-nın seçmə mərhələsində 3 xal çıxılır.

3. Serbiya yığması 2 oyunu azarkeşsiz keçirəcək.

4. Hər iki federasiya 100 min avro cərimələnir.

Xatırladaq ki, Albaniya ilə oyunun 42-ci dəqiqəsində görüş dayandırılmışdı.

Buna səbəb Belqraddakı stadiona helikopterlə Albaniya bayrağının endirilməsi olmuşdu. Bu hadisə serbiyalı futbolçuları özündən çıxarmış və rəqib futbolçular arasında münaqişə yaranmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm