Azərbaycanda ilk dəfə erotik serial çəkilir – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Azərbaycanda ilk dəfə erotik serial çəkilir – ÖZƏL

Azərbaycanda yeni serial çəkilişləri planlaşdırılır.

Müğənni Həmid Sultan Azərbaycanda ilk dəfə olaraq çəkiləcək erotik filmdə baş rolda iştirakla bağlı dəvət alıb.

Bu barədə müğənni özü Publika.az-a məlumat verib. Onun sözlərinə görə, serial rejissor İdrak Etibarlı tərəfindən ekranlaşdırılacaq: “Qeyd edim ki, İdrak Etibarlı “Lider” telekanalında yayımlanan “İqlimlər” serialının rejissorudur. Azərbaycanda ilk dəfə olaraq erotik film çəkmək ideyası da ona məxsusdur. Hələ ki təklif barədə düşünürəm. Amma serialda soyunmayacağam. Rejissora da bu barədə bildirmişəm”.

Onu da qeyd edək ki, Həmid Sultan daha çox erotik fotoları ilə tanınıb. Hətta müğənni əncir yarpağı ilə fotosessiya da etdirərək hamını təəccübləndirmişdi.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm