İrəvanda XAL(q) qalmadı - VİDEO
Bizi izləyin

Dünya

İrəvanda XAL(q) qalmadı - VİDEO

İrəvanda “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi və “İrs” partiyalarının təşkilatçılığı ilə müxalifətin növbəti mitinqi keçirilib.

Publika.az news.am-a istinadən xəbər verir ki, İrəvanın mərkəzində, Azadlıq meydanında keçirilən aksiyada on minlərlə adam iştirak edib.

Sarkisyana istefa şüarı ilə keçirilən aksiyada çıxış edən Erməni Milli Konqresinin lideri Ter Petrosyan erməni əhalisinin sosial problemlərinin əsas səbəbkarının indiki hakimiyyət olduğuni bildirib və onları istefaya səsləyib.

Mitinqdə qeyd olunub ki, ağır sosil problemlərlə üzləşən əhali ölkəni tərk edir. Hətta elə insanlar var ki, evində nə işığı var, nə qazı. Komunnal xərcləri ödəmək imkanlarından belə məhrumdurlar. Millət aclıq və səfalət içərisindədi. Ölkənin sərvətləri bir qrup məmurun əlində cəmləşib. Bunu dəyişməyin yeganə yolu isə hazırkı rejimin devrilməsidi.

Çıxış edənlər buna nail olana qədər aksiyaların davam edəcəyini bildiriblər. Bildirilib ki, növbəti aksiyalar oktyabrın 31, noyabrın 7-i və 14-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm