Peşmərgə: “Yeganə yolumuz Türkiyə üzərindəndir”
Bizi izləyin

Dünya

Peşmərgə: “Yeganə yolumuz Türkiyə üzərindəndir”

Şimali İraq kürd muxtariyyətinin Peşmerge Nazirliyinin baş katibi Cabbar Yavər peşmərgənin Kobaniyə yeganə yolunun Türkiyə torpaqlarından keçdiyini deyib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, C.Yaver peşmərgənin silahlarla birlikdə Kobaniyə keçəcəyini bildirib.

“Peşmərgənin gedəcəyi zamanı və saatı açıqlamağımız mümkün deyil. Çünki bu, hərbi məlumatdır. Peşmərgə güclərimizi ən yaxın zamanda göndərəcəyik”, - deyə o, dilə gətirib.

Peşmərgə Nazirliyinin mətbuat katibi Helgurt Hikmət də peşmərgə güclərinin bir neçə ərzində Türkiyə üzərindən Kobaniyə göndəriləcəyini deyib. O, quru yolundan istifadə olunacağını əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm