Misirdə terror: 29 hərbçi həlak olub
Bizi izləyin

Dünya

Misirdə terror: 29 hərbçi həlak olub

Misirin Sina yarımadasının Şeyx Zuveyd bölgəsində orduya aid iki zirehli texnika partladılıb.

Publika.az Əl-Cəzirəyə istinadən xəbər verir ki, hərbi texnikanın yanında bomba yüklü avtomobil partladılıb. Nəticədə hər iki hərbi maşın tamam sıradan çıxıb, 26 hərbçi həlak olub, 28-i yaralanıb.

Həllik partalyışın məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Bundan bir saat sonra isə Əl-Ariş şəhərində hərbi nəzarət məntəqəsinə atəş açan bir nəfər 3 əsgəri öldürüb.

Hadisələrlə əlaqədar olaraq Misir prezidenti Abdulfəttah Sisi təcili olraq təhlükəsizlik şurasının iclasını çağırıb.

Qeyd edək ki, ötən bazar günü də Əl-Arişdə yol kənarına yerləşdirilmiş bombanın işə düşməsi nəticəsində 6 əsgər həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm