Çin Aya pilotsuz gəmi göndərdi
Bizi izləyin

Texnoloji

Çin Aya pilotsuz gəmi göndərdi

Çin kosmosa Ay ətrafında dövr vurduqdan sonra Yer Kürəsinə dönəcək ilk pilotsuz kosmik gəmisini göndərib.

Publika.az xəbər verir ki, fəza gəmisi ötən gün Siçuan vilayətinin cənub-qərbində yerləşən Xiçanq peyk mərkəzindən havaya buraxılıb.

Səkkiz gün davam edəcək səyahət proqramı 2017-ci ildə planlaşdırılan Ay səthindən nümunələr toplamaq missiyası üçün texnologiyanı sınaqdan keçirməyi nəzərdə tutur.

Sinxua xəbər agentliyinin rəsmilərinin bildirdiyinə görə, missiya çərçivəsində eksperimental məlumatlar əldə olunacaq və texnologiyanın yenidən istifadəsi təsdiq olunacaq.

Çin indiyədək Ay orbitinə iki kosmik cihaz göndərib. Keçən il Pekin Ayın səthinə cihazını endirsə də, missiyalardan heç biri Yer Kürəsinə geri dönmək üçün nəzərdə tutulmamışdı.

Çin bir gün Birləşmiş Ştatlar və Rusiyadan sonra Aya insan göndərən ölkələr sırasına daxil olacağına ümid edir.

Pekin həmçinin 2020-ci ilədək kosmosda daimi stansiyasını təsis etməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm