Dünya
Ebolaya yoluxan tibb bacısı sağalıb
Liberiyada Ebola virusuna yoluxan amerikalı tibb bacısı Nina Fem tamamilə sağalıb.
Publika.az xəbər verir ki, dünən bu haqda keçirdiyi brifinqdə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru (NİH) Antoni Fauçi məlumat verib:
“Bizim pasient tam sağalıb. Özünü yaxşı hiss edir. Yəni tam sağalması dəqiqdir. Çünki əlimizdə virusa yoluxan başqa xəstələrin də neqativ testləri var”.
Fauşi tibb bacısının Afrikadan Texasa necə gətirildiyini açıqlamayıb.
Brifinqdə tibb bacısı Nina Femin özü də iştirak edib. O, həkimlərə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Nina Fem ABŞ-dan olan, Ebolaya yoluxan ilk tibb bacısı deyil. Afrikadan vətəninə çatdırılan tibb bacısı Ember Vilson da Ebola diaqnozu iləı Atlanta şəhərindəki hospitala yerləşdirilib.
Həmçinin Yeni Qvineyadan bu yaxınlarda qayıdan həkim Kreyq Spenserdə virus aşkarlanıb.
İlqar
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR