Davudoğlunun baş müşaviri erməni oldu
Bizi izləyin

Dünya

Davudoğlunun baş müşaviri erməni oldu

Türkiyə Baş nazirinin yaxın ətrafına bir nəfər daha əlavə edilib. “Aqil İnsanlar” heyətində də olan jurnalist-yazar Etyen Mahçupyan, Davudoğlunun baş müşaviri təyin edilib.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Türkiyə baş naziri Əhməd Davudoğlu “Aqil İnsanlar” heyətinin toplantısında milliyətcə erməni olan jurnalist Etyen Mahçupyana müşavirlik təklif edib. Mahçupyan da “məmnuniyyətlə” deyərək qəbul edib.

Köhnənin tanışlarıdır

Davudoğlu ilə Mahçupyanın tanışlığı alimlik dərəcəsi aldıqları vaxtdan var. Bundan əvvəldə “demokratiya” və “azadlıq” mövzulu bir çox toplantılarda görüşüblər.

Əhməd Davudoğlu xarici işlər naziri olan zaman tez-tez Mahçupyanla görüşürmüş. Davudoğlunun Mahçupyana “ziyalı şəxsiyyətinə” görə müşavirlik təklif etdiyi qeyd olunub.

İlk qeyri-müsəlman müşavir oldu

Mahçupyanın “sivilləşmə”, “demokratikləşmə”, “dövlət və ictimaiyyət əlaqələri” və “azlıqlar” kimi mövzularda araşdırmalarla Davudoğluna dəstək olacağı bildirilib. Mahçupyanın prezident və baş nazir müşavirləri arasında ilk qeyri-müsəlman kimi tarixə düşüb.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm