Bu gün bütün dünya onları izləyəcək - FOTOLAR
Bizi izləyin

İdman

Bu gün bütün dünya onları izləyəcək - FOTOLAR

İspaniya La Liqasında 9-cu turu davam edir. Publika.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

“Selta Viqo” öz meydanında “Levante”ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu gün daha beş oyun baş tutacaq.

Turun ən maraqlı qarşılaşması isə Madriddə keçiriləcək. Burada əzəli rəqiblər “Real” və “Barselona” klubları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Suaresdən xəbər var

4 aylıq cəzası bu gün başa çatacaq uruvaylı hücumçu Luis Suares "El-Klassiko"da meydanda olacaq. Ancaq o, əsas heyətdə yer almayacaq.

Məlumatı "Barsa"nın baş məşqçisi Luis Enrike də təsdiqləyib.

Ramos sağalıb

“Real”ın oyunçusu Serxio Ramosun da oynayıb-oynamaması müəmmalı idi. Çünki o zədələnmişdi. Ancaq Madrid klubunun baş məşqçisi Karlo Ançelotti azarkeşləri sevindirib. Ançelotti açıqlamasında Serxio Ramosun zədəsinin sağaldığını deyib. O bildirib ki, Ramos La Liqada "Barselona"ya qarşı sabahkı matçda meydanda olacaq. Oyunumuzdakı keyfiyyət göz qabağındadır. "El Klasiko"ya hər iki tərəf yüksək əhval-ruhiyyədə gələcək. Proqnoz vermək çətindir. "El Clasico" futbol tamaşası olacaq. Mənim ora biletim var deyə, şadam”.

“Real”ın stadionunda Messi alqışlanmalıdır”

Xristo Stoyçikov qarşıdakı "El-Klasico"da Messinin məlum rekordu qırması ilə bağlı danışıb. Keçmiş futbolçu bu axşam keçiriləcək qarşılaşmada "Barselona"nın daha rahat olacağını vurğulayıb.

"Barselona"nın daha rahat oynayacağını düşünürəm. Çünki qapılarını toxunulmaz saxlaya biliblər. Suarez "Barsa" üçün önəmli amildir. Əgər meydana çıxsa, stimul əldə edəcək. Messi niyə də “Santiaqo Bernabeu”da alqışlanmasın? Alqışlayanlar tapılacaq. Ronaldinyonu xatırlamaq kifayətdir. “Santiaqo Bernabeu”da iki qol vurduqdan sonra Madrid azarkeşləri onu alqışlamışdır. Messi əfsanəvi oyunçudur. Onu alqışlamamaq üçün təkəbbürlü olmaq lazımdır. Məncə, argentinalının yerinə Kriştianu Ronaldo olsaydı, "Nou Kamp"da alqışlanardı”.

Madrid “Real”ının qapıçısı və kapitanı İker Kasilyas da şənbə günü keçiriləcək El-Klasikodan əvvəl komanda daxilindəki ab-havadan danışıb:

"Bu oyuna əla formadayıq. Məşqçinin dediyi bütün formalarda oynamağı bacarırıq.

Bütün dünya bu oyuna baxacaq. Biz də “Barselona”nın mövqeyini bir qədər silkələməyə çalışacağıq".

Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün bu ilin iyun ayında FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm