Bilgi.az
Şirniyyat bişirən şimpanze – FOTOLAR / VİDEO
ABŞ-ın Ayova ştatında yerləşən qoruqda yaşayan şimpanzenin ocaq qalayıb şirin desert hazırlamasını kamera qeydə alıb.
Maraqlıdır ki, şimpanze marşmelov (zefirə oxşar şirniyyat – red) hazırlayıb qurtardıqdan sonra butulkadan su tökməklə ocağı söndürüb.
"Animal Planet" televiziya kanalı tamaşaçılara maraqlı bir video təqdim edib. 33 yaşlı Kanzi adlı şimpanzenin ocaq qalayaraq şirniyyat bişirməsi maraqla izlənib.
Əvvəlcə Kanzi ocaq qalamaq üçün ağac budaqları toplayır, sonra isə uzun budaqları iki hissəyə bölür. O, ağac budaqlarını eynilə insanlar kimi qırır. Bundan sonra onları toplayıb, kibriti alışdıraraq ocaq qalayır.
Jurnalistlərin fikrincə, şimpanzenin ocaq qalaması çox maraqlı hadisədir. Çünki insan sivilizasiyasında da odun əldə edilməsi əsas inkişaf mərhələsindən biri hesab olunur.
Şirniyyat hazır olduqdan sonra isə şimpanze isti marşemolovun dadına baxmağa başlayır.
33 yaşlı Kanzi Ayova ştatının De-Moyn şəhərində yerləşən elmi-tədqiqat qoruğunda saxlanılır. O, artıq 3 mindən çox ingilis sözünü başa düşür. Kanzi leksiqrammanın (şimpanzelərin təlimi üçün istifadə olunan simvolik söz yığını ) klaviaturasında 500 sözdən istifadə edə bilir. Bundan əlavə, o, jest dilini də bildiyi üçün bütün meymunlar arasında ən ağıllısı hesab olunur.
Nura
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK