Bakıda 23 yaşlı qızı zorlayıb qarət etdilər
Bizi izləyin

Qırmızı.az

Bakıda 23 yaşlı qızı zorlayıb qarət etdilər

Bakıda 23 yaşlı qadın zorlanıb.

Nizami Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, paytaxt sakini 1991-ci il təvəllüdlü A. Ə. 23-cü polis bölməsinə müraciət edərək oktyabrın 24-də saat 17.00 radələrində, Q.Qarayev prospekti 28-in qarşısında Rəhman adlı şəxs onu işə düzəltmək adı ilə “VAZ 2106” markalı naməlum nömrəli avtomobilə əyləşdirərək Dərnəgül şossesində yerləşən naməlum ünvana aparıb.

A.Ə-ni orada zorlayan həmin şəxs qadının əl çantasından 150 manat pul və mobil telefonunu götürüb. Daha sonra onu H.Əliyev prospekti 119-un qarşısında avtomobildən düşürüb. Hadisəni törədən şəxs axtarılır.

Faktla bağlı araşdırma aparılır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm