Yeyinti məhsulları sahəsinə dövlət nəzarəti gücləndiriləcək
Bizi izləyin

Qırmızı.az

Yeyinti məhsulları sahəsinə dövlət nəzarəti gücləndiriləcək

Azərbaycanda yeyinti məhsulları üçün sertifikatın alınmasına görə dövlət rüsumlarının yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməsi tələbi qoyulacaq.

Milli Məclisdən Publika.az-a verilən məlumata görə, bu məsələ Azərbaycan Respublikası Prezidenti tərəfindən parlamentə daxil olmuş “Yeyinti məhsulları haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanuna ediləcək yeni dəyişiklik dövlət rüsumunun ödənilməsi zamanı korrpusiya və digər neqativ halların qarşısının alınmasına və müasir ödəmə sistemlərinin (nağdsız) tətbiqinin genişləndirilməsinə imkan verəcək.

Layihəyə qeyd edilən digər dəyişikliyə görə, Azərbaycana idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək veriləcək.

Dəyişikliyin edilməsində məqsəd istifadə müddəti keçmiş yeyinti məhsullarının dövriyyədən çıxarılması, habelə yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində standartlara və tələblərə əməl olunmasına görə dövlət nəzarətinin həyata keçirilməsi, insanların həyatı və sağlamlığına təhlükə törədə biləcək halların aşkarlanması sahəsində işlərin daha da ciddiləşdirilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm