Təranə Qumral rəqqasə Fatiməni məhkəməyə verdi - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Təranə Qumral rəqqasə Fatiməni məhkəməyə verdi - ÖZƏL

Rəqqasə Fatimə Fətəliyevanın “Xəbərsizsinizmi” verilişində müğənni Musa Musayev və Təranə Qumral cütlüyü barədə səsləndirdiyi fikirlər onu məhkəmə qarşısına çıxaracaq. Müğənni Təranə Qumral bu barədə Publika.az-a açıqlama verərək bildirib ki, artıq bu gün məhkəməyə müraciət edib:

“Nərimanov Rayon Məhkəməsinə müraciət etmişik. Şərəf və ləyaqətimi alçaltdığına görə ondan üzr istəməsini və 100 min manat təzminat tələb edəcəyik”.

Qeyd edək ki, rəqqasə sözügedən verilişdə Musa Musayev və Təranə Qumralı nəzərdə tutaraq, bu cür sənət adamlarının şou-biznes nümayəndələrinin adına ləkə olduğunu bildirmişdi:

“Şou-biznes adamlarına heç kim ciddi yanaşmır. Buna da bəzi müğənnilər səbəb olub. Bir müddət əvvəl ər-arvad olan müğənnilərimiz çıxdı. Adlarını belə çəkmək istəmirəm. Ər arvada nələr dedi, arvad ərin ünvanına necə sözlər söylədi. Sonra da çıxıb barışdılar. Ayıbdır... Onlara yaşlı insanlar, uşaqlar baxır. Biabırçılıq idi. Biz efirdə çıxıb belə həyasızcasına danışsaq, hamı da bizə birtəhər baxacaq”.

Publika.az olaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm