Saatların çəkilməsi uşaqlarımızda hansı xəstəliyi yarada bilər?
Bizi izləyin

Digər

Saatların çəkilməsi uşaqlarımızda hansı xəstəliyi yarada bilər?

Bu gecə Azərbaycanda yay vaxtı ləğv ediləcək. Qış vaxtına keçid saatların əqrəblərinin bir saat geri çəkilməsilə həyata keçirilir. Lakin britaniyalı tədqiqatçılar qış vaxtına keçidin məktəblilərin sağlamlığına mənfi təsir etdiyini düşünürlər. Publika.az xəbər verir ki, bu barədə "MedikForum" portalı məlumat yayıb.

Londonlu ekspertlərin araşdırmasına görə, saatların çəkilməsi uşaqlarda ən çox piylənməyə səbəb olur. Belə ki, günün qısalması uşaqların aktivliyinə mənfi təsir göstərir.

İngiltərə, Avstraliya, ABŞ, Norveç, Danimarka, Estoniya, İsveçrə, Braziliya və portuqal adası olan Madeyra ərazisində yaşayan 2-16 yaş arası 23 min uşaq üzərində təcrübə aparılıb. Nəticələr zamanı məlum olub ki, gecələr işıqlı olarsa, uşaqlarda hərəkət aktivliyi 15-20% artır və bu onlarda tonusun artmasına səbəb olur. Qaranlıqda isə tamamilə enir. Ekspertlər hesab edirlər ki, saatın çəkilməsi aktivliyi azaldır və nəticədə uşaqlarda artıq çəki yaranır ki, bu da onların sağlamlıqlarına zərərlidir.

Qeyd edək ki, dünyanın bəzi ölkələrində saatlar çəkilməsə də, Azərbaycanda hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.


Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm