Fatimədən Təranə Qumrala cavab: “Hara verir, versin”
Bizi izləyin

Tabloid.az

Fatimədən Təranə Qumrala cavab: “Hara verir, versin”

Rəqqasə Fatimə Fətəliyeva Təranə Qumralın onu məhkəməyə verməsindən danışıb.

Rəqqasə Publika.az-a açıqlamasında bildirib ki, o, “Xəbərsizsinizmi” verilişində ad çəkməyib:

“Məgər Təranə Qumralın, yaxud Musa Musayevin adını çəkmişəm ki, məni məhkəməyə verirlər? Xeyir ola? Verilişə baxsınlar. Demişəm ki, efirlərdə çıxırlar, biabırçı sözlər olur, ər arvada, arvad ərə deyir. Niyə özlərinə götürürlər ki? Orada Mehriban Xanlarova dedi ki, bildim, Təranə Qumralı deyirsən. Ümumiyyətlə, onlarla yaxınlığım da yoxdur. Neçə vaxtdır onlarla danışmıram da. Hara gedir, verir, versin, özü bilər. Ad çəkməmişəm”.

Qeyd edək ki, rəqqasənin efirdə səsləndirdiyi bu sözlərə görə Təranə Qumral onunla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib:

“Şou-biznes adamlarına heç kim ciddi yanaşmır. Buna da bəzi müğənnilər səbəb olub. Bir müddət əvvəl ər-arvad olan müğənnilərimiz çıxdı. Adlarını belə çəkmək istəmirəm. Ər arvada nələr dedi, arvad ərin ünvanına necə sözlər söylədi. Sonra da çıxıb barışdılar”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm